Ehtiram Quliyevdən Elçin Usuba SƏRT ETİRAZ - ÖZƏL VİDEO
Premyer Liqanın 32--ci turunun "Şamaxı" - "Turan Tovuz" matçında gərgin anlar yaşanıb.
"Mediasport"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, matçboyu meydanda tərəflər arasında yaşanan gərginlik qarşılaşmanın sonlarında tribunalara - rəhbərlərə də sirayət edib.
Yerli azarkeşlərin son dəqiqələrdə qələbə qolunun ardından qonaq komanda və rəhbərliyinə qarşı şüarlar səsləndirməsi "Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyevi özündən çıxarıb.
Qərb təmsilçisinin baş sponsoru iradını sərt formada "Şamaxı"lı həmkarı Elçin Usuba bildirib.
Elçin Usuba yaxınlaşan "Huner Group"un rəhbəri ona "Elçin, biz sizi Tovuzda belə qarşılayırıq? Azarkeşləriniz bayaqdan ağızlarına gələni səsləndirirlər" deyə narazılığını çatdırıb.
Xatırladaq ki, şamaxlılılar son dəqiqələrdə vurduqları qolla 3:2 hesablı qələbə qazanıblar.
