Gəncə stadionunda son iki ayda ikinci ölüm hadisəsi baş verdi

Yenidən tikilən Gəncə şəhər stadionunda növbəti dəfə bədbəxt hadisə qeydə alınıb.
"Mediasport" xəbər verir ki, arenada fəhlə kimi çalışan Samir Əliyev vəfat edib.
İlkin məlumata görə, 1973-cü il təvəllüdlü şəxsin anidən səhhəti pisləşdikdən sonra dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.
Xatırladaq ki, bu, Gəncə şəhər stadionunda ikinci ölüm hadisəsidir.
Ötən ay stadionun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin 57 yaşlı əməkdaşı Şahin Talıbov da iş başında vəfat etmişdi.