ABŞ səfirliyi "Qarabağ" klubunu qələbə münasibətilə təbrik etdi

ABŞ səfirliyi "Qarabağ" klubunu qələbə münasibətilə təbrik etdi

ABŞ-nin Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” (Almaniya) üzərində qazanılan qələbə münasibətilə “Qarabağ” Futbol Klubunu təbrik edib.

"Mediasport" xəbər verir ki, birləşmiş ştatların ölkəmizdə diplomatik nümayəndəliyi təbrik mesajını rəsmi sosial media hesablarında paylaşıb.

Paylaşımda deyilir:

"ABŞ-nin Bakıdakı səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir.

Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi.

Birləşmiş ştatlar bu il FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir".