Azərbaycan millisinin üzvləri “Tour of Kahramanmaraş”da yarışacaq
Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət milli komandası Türkiyədə keçiriləcək “Tour of Kahramanmaraş” yarışında mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışı avqustun 4-dü start götürəcək.
Dörd mərhələdən ibarət turnir 3 gün davam edəcək.
Azərbaycan millisinin heyətində Şahin Eyvazov, Musa Mikayılzadə, Maksim Trendelyov, Nofəl Nuriyev, Süleyman Ələkbərov və Əli Qurbanov yer alıblar.
Komandaya məşqçi Elçin Əsədovun rəhbərliyi ilə yarışacaq.


