Yığmalarımızın Avropa və dünya çempionatına hazırlığı yekunlaşdı

Velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli yığma komandalarımızın Gədəbəydə təlim-məşq toplanışının yekunlaşması ilə bağlı tədbir keçirilib.
"Mediasport" xəbər verir ki, iclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov hazırlıq barədə məlumat verib.
Qeyd olunub ki, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçirilən toplanış zamanı idmançılarımız nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldiblər.
Xatırladaq ki, yığmamızın üzvləri bu ay Ruandada keçiriləcək dünya çempionatı və oktyabrda Fransada təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər.