“Bakı–Xankəndi” yarışının ikinci mərhələsinin qalibi müəyyənləşdi
Bakı-Xankəndi beynəlxalq velosiped yarışı davam edir.
"Mediasport" xəbər verir ki, "Sea Breeze" ərazisindən başlayan ikinci mərhələ İsmayıllıda yekunlaşıb.
İştirakçılar bu raundda 193,3 km məsafə qət ediblər.
Ümumi mükafat fondu 50 min avrodan artıq olan turnirin bu raundunun qalibi Qazaxıstanın "Astana" komandasının üzvü Yevgeniy Federov olub.
Aleksandr Balmer (İsveçrə) ikinci, Erik Antonio Fakundes (Uruqvay) üçüncü yeri tutub.
Xatırladaq ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatmışdı.


