Afət Quliyeva beynəlxalq məsələlər üzrə müşavir təyin edildi

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat olub.
"Mediasport" xəbər verir ki, Afət Quliyeva federasiyasının beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib.
Təyinat federasiya prezidenti Orxan Əliyevin əmri ilə reallaşıb.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslığın Qafqazşünaslıq ixtisasını bitirmiş Afət Quliyeva Tələbə İdman Federasiyasında baş katib işləyib.