Ağayev Çempionlar Liqasında "Arsenal"In matçını idarə edəcək
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi UEFA Çmepionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda iş başında olacaq.
O, noyabrın 4-də Çexiyada baş tutacaq "Slaviya" - "Arsenal" (İngiltərə) görüşünü idarə edəcək.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köçək göstərəcək.
Qarşılaşmanın dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Matç Bakı vaxtilə saat 21:45-də start götürəcək.
