"Zirə" Antalyada 6 qolun vurulduğu oyunda heç-heçə etdi
"Zirə" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Antalyada Rumıniyanın "Çiksereda" kollektivi ilə qarşılaşıb.
Oyun 3:3 hesabı ilə yekunlaşıb. Təmsilçimizin qollarını Namik Ələskərov və Rövlan Muradov (2) vurub.
"Qartallar" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə üz-üzə gələcək.
