Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarıldı

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarıldı

DÇ-2026-nın seçmə qrup mərhələsi matçlarına hazırlaşan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Xatırladaq ki, yığmamız noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.