Mahir Emreli yenidən Polşada

Mahir Emreli yenidən Polşada

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, Almaniyanın "Kayzerslautern" klubundan ayrılan hücumçu "Rakuv"la anlaşıb.

29 yaşlı forvard Çenstoxova təmsilçisində tibbi müayinədən uğurla keçib.

O, Yüksək Liqanın iddialı kollektivində icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Mahir 2021/2022-ci illər mövsümündə Polşada "Legiya"nın formasını geyinib.

Hücumçunun "Kayzerslautern"lə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.