Antonun komandası uduzdu, Ozan Canlı "Volendam"dan "sülh" - VİDEO

Cənubi Koreya çempionatında 26-cı turun oyunları başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" "Qvanq" ilə matçda uduzub - 0:2.
26 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
"Daejon" hazırda yarışın turnir cədvəlində 42 xalla 3-cü pillədə yer alıb.
Millimizin digər üzvü Ozan Can Kökçünün formasını geyindiyi Niderlandın Yüksək Liqa təmsilçisi "Volendam" 2-ci tur çərçivəsində AZ-la qarşılaşıb.
Oyun 2:2 hesabı ilə yekunlaşıb. Ozan Can oyuna start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
"Volendam" yarışın turnir cədvəlində 2 xalla 11-ci pillədə qərarlaşıb. Komanda çempionatın ilk turunda da heç-heçəyə razı olmuşdu.