Yığmamızın qrup rəqibi Millətlər Liqasına qələbə ilə başladı

Yığmamızın qrup rəqibi Millətlər Liqasına qələbə ilə başladı

UEFA Millətlər Liqasının D Divizionunun 2-ci qrupunda Azərbaycan yığma komandasının rəqibi Litva millisi yarışa qələbə ilə başlayıb.

"Mediasport" xəbər verir ki, Edqaras Yankauskasın baş məşqçisi olduğu baltikalılar səfərdə Lixtenştyen futbolçularını məğlub ediblər - 2:0.

Qeyd edək ki, litvalılar növbəti matçlarını sentyabrın 27-də Azərbaycan millisinə qarşı keçirəcəklər.

Qrup 3 komandadan ibarətdir.