Azərbaycan yığması ilə DÇ oyunu öncəsi hazırlıqdan razı qaldı

Azərbaycan yığması ilə DÇ oyunu öncəsi hazırlıqdan razı qaldı

"Düşünürəm ki, bu turnir bizim üçün çox faydalı olacaq. Dünya çempionatının seçmə mərhələsinin oyunları öncəsi vacib sınaq idi".

"Mediasport" xəbər verir ki, bunu DÇ-2026-nın seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov deyib.

Mütəxəssis komandasının Torontoda Kanada (2:4) və Yeni Zelandiya (2:1) ilə keçirilən “Canaadian Shield Four Nations” turnirindəki çıxışını dəyərləndirib:

"Çoxları deyir ki, ora niyə getmişdiniz? Bizə oynamağı təklif edən çox komanda yox idi. Bu turniri təklif etdiyi üçün Kanadaya çox minnətdarıq. 

Xatırladaq ki, Azərbaycan və Ukrayna dünya çempionatının seçmə mərhələsində sentyabrın 9-da və oktyabrın 13-də qarşılaşacaq.