Əməkdar məşqçiyə hücum edən idmançıların həbs müddəti uzadıldı

Əməkdar məşqçiyə hücum edən idmançıların həbs müddəti uzadıldı

Bu il yanvarın 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidən uzadılıb.

“Mediasport” xəbər verir ki, bu haqda Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Hakim yeni sübutların toplanması üçün təqdimatı təmin edib. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha 1 ay 5 gün uzadılıb.

Qeyd edək ki, təqsirləndirilənlərlə zərərçəkmiş Fuad Zeynalov arasında artıq barışıq əldə olunub. İdmançılara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bir qrup idmançı xuliqanlıq zəminində insident törədərək Fuad Zeynalova hücum edib.