Dünya futbolunun məşhur siması Azərbaycana səfərə gəlib - FOTO
Dünya futbolunun canlı əfsanələrindən Lotar Matteus Azərbaycana səfərə gəlib.
Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasının Marketinq və kommunikasiyalar şöbəsinin əməkdaşı Elmar Rzayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, Almaniya millisinin heyətində 1980 və 1990-cı illərdə Avropa və dünya çempionu olmuş veteran futbolçu ölkəmizə Beynəlxalq Cüdo Federasiyasının (İJF) dəvəti ilə gəlib.
O, rəsmi qonaq qismində Bakıda keçirilən böyüklər arasında dünya çempionatını izləyir.
Matteus hazırda Almaniyanın nüfuzlu "Sky Sport" və RTL telekanallarında analitik-ekspert kimi fəaliyyət göstərir.


