Təcavüzdə ittiham edilən Ümit Karan şərti azadlığa buraxıldı

 Təcavüzdə ittiham edilən Ümit Karan şərti azadlığa buraxıldı

Türkiyə milli komandasının sabiq futbolçusu Ümit Karan şərti azadlığa buraxılıb.

"Mediasport" xəbər verir ki, sadə təcavüzdə ittiham edilən veteran hücumçu sərbəstdir.

Qeyd edək ki, sabiq forvard 1999-2007-ci illərdə yığmada 10 matçda çıxış edib.

O, vətənində "Gənclərbirliyi" və "Qalatasaray"dakı çıxışları ilə məşhurlaşıb.