Emin Ağalarov "Qarabağ"dan ötrü İngiltərəyə yollandı: "Fəxr edirəm"
Xalq artisti Emin Ağalarov İngiltərəyə yollanıb.
"Mediasport" xəbər verir ki, müğənni UeFA Çempionlar Lqiasının "Liverpul" - "Qarabağ" oyunu stadiondan izləyib.
Biznesmen bu barədə videobloq paylaşıb:
"Qarabağ"a tam dəstək. "Qarabağ"ın uğuru ilə fəxr edirəm, onlar möhtəşəm komandadır.
Liverpuldakı məğlubiyyətə baxmayaraq, düşünürəm ki, onlar çox yaxşı oynadılar. Azərbaycan komandası Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib və orada ya PSJ, ya da "Nyukasl" ilə oynayacaq.
Bütün oyunçuları, məşqçi Qurban Qurbanovu və prezident Tahir Gözəli təbrik edirəm. Əla iş, uşaqlar, biz sizi bundan sonra da dəstəkləyəcəyik".
Xatırladaq ki, "Qarabağ" tarixində ilk dəfə ÇL-də pley-offa yüksəlib.
