Məşhur azərbaycanlının soyadı niyə və kimə görə dəyişdirilib?

Məşhur azərbaycanlının soyadı niyə və kimə görə dəyişdirilib?

2013-cü ildən bu yana Azərbaycanın A milli komandasında 76 oyun keçirmiş Qara Qarayevin soyadı dəyişdirilib.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın heyətində 300-dən çox matçda forma geyinmiş yarımmüdafiəçi bunu İTV-də qonaq olduğu “Sabahın xeyir, Azərbaycan” verilişində açıqlayıb.

33 yaşlı futbolçu deyib ki, atası onun soyadını dahi bəstəkar Qara Qarayevə görə dəyişdirib:

“Atam öz əmisinin adını mənə qoyub. Daha sonra isə musiqiçi olmağımı istədiyi üçün soyadımı da Qarayev etdirib. Ailədə hamı Ağayevdir, amma mən Qarayev. Bir müddət musiqiyə getdim, lakin futbola olan həvəsim məni idmana gətirdi.

Futbolu daha çox bəyənirdim. Sadəcə, 1 il piano çalmışam”.