"Gedənlərin yerinə daha yaxşılarını gətirməyə çalışırıq" - Əmrah Çəlikəl

"Gedənlərin yerinə daha yaxşılarını gətirməyə çalışırıq" - Əmrah Çəlikəl

"Qarabağ" rəhbərliyi komandadan ayrılan futbolçuların əvəzinə daha yaxşılarını transfer etməyə çalışır.

"Mediasport" xəbər verir ki, bu barədə "Teleqraf"a klubun direktoru Əmrah Çəlikel bildirib.

Onun sözlərinə görə, komandadan gedənlər yenə ola bilər. Çelikel yeni transferlər barədə reallaşdıqca məlumat veriləcəyini əlavə edib:

"Başqa futbolçularımızdan da gedənlər ola bilər və əlbəttə, gedənlərin yerinə daha yaxşılarını gətirməyə çalışırıq. Yeni transferlərimiz reallaşdıqca məlumat veriləcək".

Qeyd edək ki, hələlik "Qarabağ"ı Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli tərk edib.