Azərbaycan yığması və "Qarabağ"ın sabiq futbolçusu klubunu dəyişdi

Azərbaycan yığması və "Qarabağ"ın sabiq futbolçusu klubunu dəyişdi

Azərbaycan yığma komandasının sabiq futbolçusu Riçard Almeyda Braziliyanın "Primavera" klubundan ayrılıb.

"Mediasport" xəbər verir ki, milliləşdirilmiş yarımmüdafiəçi D Seriyasında mübarizə aparan "Piraçiçaba" komandasına keçib.

"Qarabağ" və "Zirə"nin keçmiş üzvü yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

37 yaşlı Almeyda 2017-2213-cü illərdə əsas yığmamızda 31 oyun keçirib, 3 qolla yadda qalıb.