"Neftçi" Fransa millilərində oynamış Fərəclə müqavilə bağladı

"Neftçi" Fransa millilərində oynamış Fərəclə müqavilə bağladı

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi fransalı sağ vinger İmad Fərəci transfer edib.

26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

"Lill" akademiyasında yetişən Farəc Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.