"Qarabağ"ın ÇL-ə hansı mərhələdən başlayacağı DƏQİQLƏŞDİ - QƏRAR

"Qarabağ"ın ÇL-ə hansı mərhələdən başlayacağı DƏQİQLƏŞDİ - QƏRAR

Növbəti dəfə Azərbaycan çempionu olan "Qarabağ"ın 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasına hansı mərhələdən başlayacacağı dəqiqləşib.

"Mediasport"a verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yarışa ikinci raunddan start götürəcək.

Bu haqda qərar UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qəbul edilib. Avropa futbol təşkilatı vakant yerlərdən birini məhz reytinqi yüksək olan Ağdam klubuna verib.

Xatırladaq ki, "köhlən atlar" ötən mövsümdə də ÇL-ə 2-ci təsnifatdan başlamışdılar.

Raundun püşkatma mərasimi iyunun 18-də, matçları isə 22/23 iyul və 29/30 iyul tarixlərində baş tutacaq.