Kərrik "Sabah"la oyun haqda: "Bizi nələrin gözlədiyindən xəbərdarıq"
“Onlar çox yaxşı təşkilatlanmış komandadır. Bura qədər ardıcıl çox matçda qələbə qazanıblar və özünəinamla oynayırlar. Komanda şəklində yaxşı pressinq edirlər".
"Mediasport" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ı qəbul edəcək İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Maykl Kərrik deyib.
Mütəxəssis sabah "Old Trafford"da baş tutacaq ilk tur görüşü ilə bağlı keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bizi nələrin gözlədiyindən xəbərdarıq. Ona görə sabahkı oyunu səbirsizliklə gözləyirik.
Hansı klubla qarşılaşacağımızı bilirik. Rəqib komandanın çox yaxşı baş məşqçisi var".
Xatırladaq ki, matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.

