Fəridə Lütfəliyeva Ermənistan millisinin oyunlarına təyinat alıb

Fəridə Lütfəliyeva Ermənistan millisinin oyunlarına təyinat alıb

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində B qrupunun 3 oyununda fəaliyyət göstərəcək.

Fəridə Lütfəliyeva oktyabrın 7-də İrlandiya Respublikası – Ermənistan matçını idarə edib.

Təmsilçimiz oktyabrın 13-də Ermənistan – Gürcüstan görüşünün baş hakimi, 10-da isə Bolqarıstan – Ermənistan qarşılaşmasının ehtiyat hakimi olacaq.

Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmaya baş hakimin köməkçisi kimi təyin edilib.

Oyunlar Bolqarıstanın Albena şəhərində keçirilir.