FİFA Azərbaycan klublarından yalnız "Turan Tovuz"a pul verəcək
FİFA daha bir yeniliyə imza atıb.
"Mediasport" xəbər verir ki, beynəlxalq futbol təşkilatı ilk dəfə dünya çempionatının seçmə mərhələsində iştirak edən futbolçuların klublarına vəsait ödəyəcək.
Qərar qurumun İcraiyyə Komitəsinin yekun rəyi ilə təsdiqlənib.
Bunun üçün 100 milyon dollar vəsait nəzərdə tutulub.
Ödəniş seçmə mərhələ matçlarından başlayaraq hesablanacaq. Yığmaların heyətində yer alan hər futbolçuya görə klublara təxminən bir oyun üçün 2362 dollar köçürüləcək.
Xatırladaq ki, Azərbaycandan mundiala yollanan tək futbolçu "Turan Tovuz"un üzvü Roderik Millerdir.
Müdafiəçi Panama milli komandasının heyətində seçmə mərhələ görüşlərində də forma geyinib.


