"Şamaxı"da braziliyalı müdafiəçi

Premyer Liqa təmsilçisi "Şamaxı" müdafiəçi transfer edib.
"Mediasport" xəbər verir ki, bölgə klubu 26 yaşlı Antonio Lara ilə iki illik (1+1) müqavilə imzalayıb.
"Sambaçı"nın son klubu Qətər təmsilçisi "Əl-Biddə" olub.