"Neftçi"nin baş məşqçisi Türkiyə Superliqası klubuna üz tutdu
"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev Türkiyəyə yollanıb.
"Mediasport" xəbər verir ki, qarşıdakı bir həftəni "Göztəpə"nin düşərgəsində olacaq.
O, Superliqa klubunun klubunun bazasına "Pro" kateqoriyalı kursa görə üz tutub.
UEFA-nın tələbinə əsasən, ən ali məşqçilik sertifikatını almaq istəyən namizəd bir həftə xarici klubda təcrübə keçməli və öyrəndiklərinin raportunu hazırlamalıdır.
Abdullayev "Göztəpə"nin baş məşqçisi Stanimir Stoylov ilə görüşəcək.
Xatırladaq ki, Rəşad Abdullayevin çalışdırdığı "Neftçi-2" hazırda liqada 22 turdan sonra 47 xal toplayıb və zirvəni "Sabah"la bölüşür.
