Transferə doymayan "Karvan" 16-cı keçidini Portuqaliyadan etdi

2025-26 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Karvan" növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Vitor Roşa ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı portuqaliyalı yarımmüdafiəçi son olaraq ölkəsinin "Sanxoanense" klubunda forma geyinib.
Xatırladaq ki, bu, yevlaxlıların 16-cı transferi olub (Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Vaskes Rollo, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Dürrant, Vüsal Məsimov, Moyse Nqvisani, Şakil Sno, Uğur Cahangirov).