FİFA prezidenti Hövsanda tikilən stadionlarla tanış oldu
Bakıda səfərdə olan FİFA prezidenti Canni İnfantino ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların dünya çempionatı və festivalı üçün görülən işləri izləyib.
"Mediasport" xəbər verir ki, FİFA rəhbəri Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşası ilə tanış olub.

