"Zirə"dən növbəti transfer

"Zirə"dən növbəti transfer

"Zirə" heyətinə daha bir futbolçu cəlb edib.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi portuqaliyalı Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb.

Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos" (Nikosiya) klublarında forma geyinib.