"Qarabağ" İsayevin "Sabah"da oynamasına razılıq verdi - RƏSMİ

"Qarabağ" İsayevin "Sabah"da oynamasına razılıq verdi - RƏSMİ

"Qarabağ" Aleksey İsayevlə yollarını ayırıb.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, yarımmüdafiəçi karyerasını yenidən "Sabah"da davam etdirəcək.

Tərəflər bu barədə razılıq əldə ediblər. Masazır təmsilçisi İsayevlə iki illik müqavilə bağlayıb.

Azərbaycan yığmasının futbolçusu "köhlən atlar"ın heyətində 2024-cü ilin yanvarından forma geyinirdi.

O, “Qarabağ”la iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.