Uzun fasilədən sonra "Azərsun Arena"da - Biletlər satışa çıxarıldı

Sabah Premyer Liqanın 33-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri saat onlayn şəkildə əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər sabah həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
"Azərsun Arena"da baş tutacaq matç saat 18:00-da başlanacaq.