Bölgə klubunda yeni baş məşqçi
Futbol üzrə Azərbaycan 2-ci liqasında yarışan "Şəki Siti" klubunun yeni baş məşqçisi məlum olub.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisini Firudin Mövsümov çalışdıracaq.
27 yaşlı mütəxəsislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Şəki komandası hazırda 14 turdan sonra 25 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
