Musayev "Sabah"dan gedişinin səbəbini açıqladı: "Futbolçular məğlubiyyətə adi hal kimi baxırdı"

Musayev "Sabah"dan gedişinin səbəbini açıqladı: "Futbolçular məğlubiyyətə adi hal kimi baxırdı"

"Komandadan liderlər getdi, yeni futbolçular gəldi. Onda uğursuz mövsüm oldu. Ümumilikdə mənim emosiyasız komandadan xoşum gəlmir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev deyib.

2021-ci ilin oktyabr ayından 2024-cü ilin fevralınadək Masazır klubunda işləmiş rusiyalı mütəxəssis Azərbaycandan ayrılmasının səbəbini açıqlayıb:

"Ən çətini emosiyası olmayan komandanı çalışdırmaqdır. Futbolçular məğlubiyyətə adi hal kimi baxırdılar.

Mən "Sabah"dan getdim. Amma bu, o demək deyil ki, məni oradan göndərdilər. İki il "Sabah"da işlədim. Daim qələbə qazanmaq və inkişaf etmək istəyən komandamız var idi. Sonra liderlər getdi, yeni futbolçular gəldi. Onda uğursuz mövsüm oldu. Ümumilikdə mənim emosiyasız komandadan xoşum gəlmir".