Azarkeşləri “Qarabağ”ı 3000, futbolçusu 1500 AZN ziyana saldı

Azarkeşləri “Qarabağ”ı 3000, futbolçusu 1500 AZN ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 10-cu tur görüşlərində qeydı alınmış qayda pozuntularının hüquqi qiymətləri açıqlanıb.

İK "Qarabağ"ı 4500 manat cərimə edib.

"Qəbələ" ilə səfər oyunu başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunub - cəriməsi 3000 manat olacaq.

Komanda hücumçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə olunduğuna görə isə 1500 manat cərimə ödəyəcək.