"Qarabağ" "Zirə"ni məğlub etdi, "Kəpəz" səfərdə "Sabah"a qalib gəldİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Premyer Liqada qalmaq uğrunda yarışan "Kəpəz" qeyri-sabit çıxış edən "Sabah"a səfərdə qalib gəlib.
Çempionatın lideri "Qarabağ" isə ən yaxın izləyicisi "Zirə"ni məğlub edib.
Turun ilk gündə reallaşan "Səbail" - "Turan Tovuz" qarşılaşmasında hesab açılmayıb.
Premyer Liqada 29-cu həftəyə sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 29-cu tur
5 aprel (şənbə)
“Səbail” - “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”, 17:00
6 aprel (bazar)
“Sabah” - “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda, 41.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”, 17:00
“Qarabağ” - “Zirə” 1:0
Qol: Kadi Borges, 15.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30
7 aprel (bazar ertəsi)
“Şamaxı” - “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 15:30
“Araz-Naxçıvan” - "Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Liv Bona Dea Arena”, 18:00