"Transfer bazarında nəsə baş verə bilər" - Yankoviçdən AÇIQLAMA
"Qarabağ"dakı gələcəyimlə bağlı hələ heç nə dəyişməyib. Müqaviləmin bitməsinə 1 il qalıb. Hazırda "Qarabağ"dayam".
"Mediasport" xəbər verir ki, bu sözləri "vijesti.me" portalına açıqlamasında Ağdam təmsilçisinin futbolçusu Marko Yankoviç deyib.
Hazırda Monteneqro millisinin düşərgəsində olan yarımmüdafiəçi transfer söz-söhbətlərinə məhəl qoymadığını dilə gətirib:
"Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirirəm. Sonra istirahət edəcəyəm. Bundan sonra necə olacağını görəcəyik".
Marko 2025/2026 mövsümündə "atlılar"ın forması ilə ümumilikdə 44 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.


