"Neftçi" "Sabah"ın futbolçusuna "elçi" düşdü, XƏBƏR GÖNDƏRİLDİ

Yay planlarını indidən qurmağa başlayan "Neftçi" heyətini "Sabah"ın futbolçusu ilə gücləndirmək istəyir.
"Mediasport"a verilən məlumata görə, "ağ-qaralar" Masazır klubunun əsas oyunçusu Cesse Sekidikanı gözaltı ediblər.
Məlumata görə, Samir Abasov əlaqələri vasitəsilə nigeriyalı vingerə ilk təklifini çatdırıb.
29 yaşlı futbolçuya yüksək müqavilə şərtləri vəd olunub. Afrikalı qərar verməyə tələsmədiyinə işarə vurub.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından "bayquşlar"ın formasını geyinən Sekidikanın "Sabah"la anlaşması bu yay başa çatacaq.