Milli komandamızın gənc üzvləri Bolqarıstanda 3 medal qazandılar

Milli komandamızın gənc üzvləri Bolqarıstanda 3 medal qazandılar

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda uğurlu nəticə ilə yadda qalıblar.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 3 medal qazanıblar.

Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc mükafat əldə ediblər.