Azərbaycanın 22 taekvondoçusu Niderland və Belçikada yarışacaq

 Azərbaycanın 22 taekvondoçusu Niderland və Belçikada yarışacaq

Azərbaycan taekvondoçuları Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz yarışlarda 22 idmançı ilə təmsil olunacaq.

Komandalar böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışacaqlar.

52-ci Niderland turniri martın 8 və 9-da, Belçika turniri isə martın 15-də keçiriləcək.