Yığmamızın üzvləri Qazaxıstan turnesinə 3 medalla başladılar

 Yığmamızın üzvləri Qazaxıstan turnesinə 3 medalla başladılar

Azərbaycan millisinin taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatına uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, yığmamızın 3 üzvü medalçılar sırasında yer alıb.

Böyüklərdən ibarət komandanın üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, gənclər və böyüklərdən ibarət millilərimiz bu turnirldən sonra - iyunun 25-27-də "Kazakhstan Open" yarışına da qatılacaqlar.

Komandalara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadə rəhbərlik edirlər.