Taekvondoçularımız Belçika turnirində 6 medal qazandılar

 Taekvondoçularımız Belçika turnirində 6 medal qazandılar

Azərbaycanın gənc taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən "Belgian Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, idmançılarımız yarışın ilk günündə 6 medal qazanıblar.

Gənc təmsilçilərimizin mükafatları 1 qızıl və 4 bürünc medal oıub.

49 kq çəki dərəcəsində Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.

Böyüklər arasında isə Qaşım Maqomedov (63 kq) bürünc mükafata sahib çıxıb.

Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edir.