Azərbaycan yığmasının 4 üzvü “Albania Open” turnirində yarışacaq

 Azərbaycan yığmasının 4 üzvü “Albania Open” turnirində yarışacaq

Taekvondo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Milli komandanın məşqçiləri Elnur Amanov və Günay Zeynalovanın rəhbərliyi altında Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlı (73 kq) gücünü sınayacaq.