İmaməddin Xəlilov karyerasında ikinci dəfə bu nəticəni təkrarladı
Almaniyanın Münhen şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, K44 kateqoriyası üzrə parataekvondoçumuz İmaməddin Xəlilov (70 kq) gümüş medal qazanıb.
O, karyerası ərzində ikinci dəfə Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Qitə birinciliyində Azərbaycanın ilk medalına isə finala qədər irəliləyən, lakin həlledici dueldə məğlub olan Sabir Zeynalov (58 kq) yiyələnib.
