İspaniya millisi Bakıda keçirilən dünya çempionatının qalibi oldu

İspaniya millisi Bakıda keçirilən dünya çempionatının qalibi oldu

Bakı Kristal Zalında FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın həlledici final qarşılaşması keçirilib.

"Mediasport" xəbər verir ki, İspaniya mundialın çempionu İspaniya milli komandası olub.

Pireneylilər A səviyyəsinin finalında Çexiya yığması ilə qarşılaşıblar.

Görüş "matadorlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə İspaniya ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu olaraq Dünya Kubokunun sahibi olub.

Final qarşılaşmasının ardından turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xatırladaq ki, DÇ-də F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus və B Divizionunun qalibi isə Zambiya yığması olub.

Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər.