"Zirə"nin Konfrans Liqasında səfər oyununun hakimləri açıqlandı

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk” klubu ilə qarşılaşacaq "Zirə"nin səfər görüşünün hakimləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Luka Pairetto olacaq, yan xətdə Cüzeppe Perrotti və Xaled Bahri işləyəcəklər. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.
Oyun iyulun 31-də Split şəhərində keçiriləcək. İlk duel iyulun 23-də Bakıda baş tutacaq.