Madrid "Real"ının yetirməsi Azərbaycan klubunda - RƏSMİ
“Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.
"Mediasport" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.
26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir.
Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib.
A.Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


