"Qəbələ"də 2 yeni müqavilə

Ötən mövsüm Azərbaycan 1-ci Liqasında çempionluq qazanaraq Premyer Liqaya yüksələn "Qəbələ" iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Qədir Ramazanov və Elnur Mustafayevlə 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Qəbələ" yeni mövsüm Azərbaycan çempionatının ilk turunda "Karvan"la qarşılaşacaq.