"Məğlubiyyətə əsas səbəb səhvlərimiz idi" - Kevin Medina
"Bilirdik ki, turnir cədvəli baxımından çox vacib oyundur. Bu görüşdə qələbə qazanmaq niyyətində idik. Təbii ki, qələbə qazansaydıq, növbəti mərhələyə adlamaq imkanımız daha da çoxalardı, böyük addım atmış olacaqdıq".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi "Ayaks"la Çempionlar Liqası oyunundan sonra İTV-yə açıqlama verib.
"Görünürdü ki, rəqib Bakıya uğurlu nəticə üçün gəlib. Elə səhvlərə yol verdik ki, hansı ki, onu etməməliydk. Rəqib də o səhvlərdən yararlandı. Təbii ki, üzücü məğlubiyyət idi. Məğlubiyyətə əsas səbəb səhvlərimiz idi. Hər halda qarşıdakı görüşlərə hazırlaşacağıq".
Xatırladaq ki, Ağdam klubu niderlandlılara 2:4 hesabı ilə uduzub.
